“Azəryol”-“Kristianstad” həndbol oyununu ukraynalı hakimlər idarə edəcək

Qadın həndbolçular arasında “Çağırış Kuboku” uğrunda yarışlar çərçivəsində keçiriləcək “Azəryol” (Azərbaycan)-“Kristianstad” (İsveç) oyununu idarə edəcək hakimlər məlum olub.

Azərbaycan Həndbol federasiyasının məlumatında deyilir ki, matçı ukraynalı hakimlər – Marina Dupli və Olena Kaverina idarə edəcəklər. Avropa Həndbol Federasiyasının (EHF) təmsilçisi isə türkiyəli Kənan Gökmən olacaq. Komandalar arasında dörddəbir final mərhələsi uğrunda görüşlər fevralın 2-də və 3-də Bakıda keçiriləcək. Qonaqlar ilk qarşılaşmada nominal ev sahibi kimi çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə