MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir - FOTOLAR

Milli Olimpiya Komitəsinin (MOK) 25 illik yubileyi ərəfəsində xüsusilə gənclər arasında Olimpiya hərəkatının təbliği, Azərbaycanın Olimpiya Oyunlarında qazandığı uğurlar və faəliyyəti haqqında www.mok25.az veb səhifəsi yaradılıb. SİA-nın məlumatına görə, interaktiv oyunlarda Azərbaycanın fəxri olan Olimpiya çempionları haqqında məlumat əldə etmək, mövcud bilikləri genişləndirmək mümükündür.

Oktyabr ayından başlayan interaktiv oyunlar şəklində keçirilən onlayn yarışlar hər kəsin marağına səbəb olub. İlk ayın qalibi Günel Əliyeva, sonrakı ayların qalibləri isə Zamiq Xurşudov (noyabr) və Səbuhi Əlizadə (dekabr) olublar. Onlar MOK-un qiymətli hədiyyələrini əldə ediblər. Yarışın sonuncu mərhələsində isə Olimpiya hərəkatı və Azərbaycan çempionları haqqında dərin biliyə sahib olan Günel Əliyeva yenidən fərqlənib. O, MOK-un 25 illiyi üçün hazırlanmış limitli sayda buraxılan xüsusi medal ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə