AFFA-nın İntizam Komitəsi qərarlarını açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasında “Avanqart” – “Baku Fire-2” matçının 44-cü dəqiqəsində “Avanqart” klubunun 7 №-li futbolçusu Rufin Sarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Oyunun 49-cu dəqiqəsində “Baku Fire-2” klubunun 4 №-li futbolçusu Fərrux Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasında “Gənclik” – “Baker Hughes” matçında “Baker Hughes” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...