Türkiyə Kubokunda 1/8 finalın cavab görüşlərinə start verilib - NƏTİCƏLƏR

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

“Bursaspor” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib. Meydan sahibləri 2:1 hesablı qələbə qazansalar da, səfər qolu sayəsində mərhələ adlayan tərəf “Gənclərbirliyi” olub.

“Bursaspor” kimi “Trabzonspor” da kubokla vidalaşıb. Rza Çalımbayın komandası səfərdə uduzduğu “Konyaspor”la ev matçından bərabərliklə ayrılıb.

Əvəzində “Fənərbaxça” adını 1/4 finala yazdırıb. İlk görüşdə “İstanbulspor”u məğlub edən “Fənər” səfər matçında da qalib gəlib - 1:0.

Türkiyə Kuboku

1/8 final, cavab oyunu

16 yanvar


“Bursaspor” - “Gənclərbirliyi” 2:1
Qollar: Skuletiç, 19 (0:1). Agu, 33 (1:1), Erdoğan, 49 (2:1)
İlk oyun - 0:1

“Trabzonspor” - “Konyaspor” 1:1
Qollar: Şahiner, 24 (0:1), Rodallega, 80 (1:1)
İlk oyun - 0:1

“İstanbulspor” - “Fənərbaxça” 0:1
Qol: Guliano, 89
İlk oyun - 0:2

Bütün xəbərlər Facebook səhifəmizdə