“Kəpəz” yeni qapıçı transfer edib

Ukraynalı qapıçı Sergey Litovçenkonun “Kəpəz”ə keçidi rəsmiləşib. SİA-nın məlumatına görə, "çərçivə qoruyucusu" bu gün "sarı-göylər"lə sözləşmə imzalayıb. Tbilisi "Dinamo"sundan ayrılan 30 yaşlı qolkiper "Kəpəz"lə ilyarımlıq müqavilə imzalayıb.

Qeyd edək ki, "Kəpəz" qış transfer dönəmində Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov və Dario Frederikonu transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə