Müşfiq İsayevin xatirəsinə respublika turniri başlayıb

Bu gün Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci açıq respublika turniri start götürüb. SİA-nın məlumatına görə, beynəlxalq turnir 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin qaydalarına əsasən sərbəst güləşçilər Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110, yunan-Roma güləşçiləri isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Turnirdə 2001-2002-ci il təvəllüdlü idmançılar güclərini sınayırlar. İki gün davam edəcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.

Yarışların birinci günündə yunan-Roma, ertəsi gün isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə