Mourinyo: “Vaxt futbolçu üçün çox əhəmiyyətlidir”

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo isveçli forvard Zlatan İbrahimoviç barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, portuqal mütəxəssis yenidən Z.İbrahimoviçlə çalışmaq istədiyini qeyd edib: “İnter”də 29 yaşı olan Zlatanı geri qaytarıb məşq etdirmək istərdim. Amma zamanı saxlamaq olmur. Vaxt futbolçu üçün çox əhəmiyyətlidir. İbrahimoviç başa düşür ki, yüksək səviyyədə çıxışı bir müddət sonra başa çatacaq. Amma mübarizə keyfiyyətləri imkan verir ki, karyerasını "Mançester Yunayted”də başa vursun. O, tez-tez deyir ki, komandaya fayda vermək istəyir. Zlatanda bu alınır. Dizindəki problemləri geridə qoyması zəruridir".

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, 36 yaşlı hücumçu yeni mövsümə martda start veriləcək Çin və Amerika liqaları klublarından təklif alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə