İspaniya La Liqasının XIX turunda Madrid "Real"ı öz meydanında "Vilyareal"ı qəbul edib. "Santyaqo Bernabeu" stadionunda keçirilmiş oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.

Qarşılaşmada yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub. Bu qələbə sayəsində xallarını 31-ə çatdıran “Vilyareal” 5-ci pilləyə yüksəlib. Ardıcıl üçüncü qarşılaşmada qol vura bilməyən "Real" isə 32 xalla 4-cü yerdə qərarlaşıb. Zinəddin Zidanın baş məşqçisi olduğu komanda bir oyun az keçirib. Turnir cədvəlinə 48 xalla “Barcelona” başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...