“Çelsi” öz meydanında xal itirib

Futbol üzrə İngiltərə Premyer Liqasının 23-cü turunda “Lester City” klubunu qəbul edən “Çelsi” rəqibin müqavimətini qıra bilməyib. Öz meydanında keçirdiyi son 7 oyunu qələbə ilə başa vuran “zadəganlar” mövqe üstünlüyünə malik olsalar da, qonaqların qapısına yol tapa bilməyiblər. Premyer Liqanın son iki çempionunun qarşılaşması 0:0 hesabı ilə başa çatıb. Qonaq komandanın oyunçusu Ben Chilvell 68-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. “Lester City” 22 dəqiqə azlıqda oynasa da, qapısını toxunulmaz saxlaya bilib.

Xatırladaq ki, hazırda “Mançester City” 22 oyundan 62 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” və “Çelsi” 47 xalla ikinci-üçüncü yerləri bölüşürlər. “Çelsi” öz rəqiblərinə nisbətən bir oyun çox keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə