Arda Turan “Barselona”dan “Başakşəhər”ə keçdi

Türkiyə millisinin və İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turan İstanbulun “Başakşəhər” klubuna transfer edilib. 31 yaşlı yarımmüdafiəçi icarə əsasında 2,5 il ərzində “Başakşəhər” komandasının formasını geyəcək.

A.Turan 2015-ci ilin yayında 34 milyon avro müqabilində İspaniyanın “Atletiko” komandasından “Barselona”ya transfer olunub. “Barselona”da çıxış etdiyi müddətdə 55 oyunda 5 qol vurub. O, Kataloniya klubunun heyətində İspaniya La Liqasının, Kral Kubokunun (iki dəfə), İspaniya Super Kubokunun, klublararası dünya çempionatının və UEFA Super Kubokunun qalibi olub. “Başakşəhər” komandası Türkiyə Super Liqasında 17 turdan sonra 36 xalla liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...