Azərbaycan–Gürcüstan yoldaşlıq oyunu ləğv olunub

Antalyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib. AFFA-nın məlumatında deyilir ki, Gürcüstan millisinin Antalyada nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan–Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA ilə Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, Azərbaycan və Gürcüstan milli komandalarının yoldaşlıq görüşü bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində keçirilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə