“Roma”nın 31 yaşlı futbolçusu “Kalyari”də

“Roma” futbol klubunun müdafiəçisi Leandro Kastan karyerasını “Kalyari”də davam etdirəcək. 31 yaşlı braziliyalı futbolçu icarə əsasında yayadək “Kalyari”nin şərəfini qoruyacaq. Qeyd edək ki, Kastan ötən mövsümü “Torino”nun heyətində keçirib və Turin təmsilçisinin heyətində meydana çıxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə