80-ci dəfə “Tata Still Chess” superturniri keçiriləcək

Yanvarın 12-dən 28-dək Hollandiyanın Veyk-an-Zeye şəhərində sayca 80-ci “Tata Still Chess” yubiley superturniri keçiriləcək. Turnir həmişə olduğu kimi, bu dəfə də dünyanın aparıcı qrossmeysterlərini bir yerə toplayacaq.

SİA-nın məlumatına görə, superturnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov, norveçli Maqnus Karlsen, amerikalılar Fabiano Karuana, Uesli So, rusiyalılar Vladimir Kramnik, Petr Svidler, Sergey Karyakin, Maksim Matlakov, hindlilər Vişvanatan Anand, Başkaran Adiban, hollandiyalı Aniş Giri, çinlilər Vey İ, Hou İfan və ingilis Qaveyn Cons çıxış edəcəklər.

Oyunlar yanvarın 13-17-də, 19-21-də, 23-24-də və 26-28-də keçiriləcək. Veyk-an-Zeyedə turlar Bakı vaxtı ilə saat 16.30-da başlayacaq. Son oyuna 15.00-da, səyyar turlara (Hilversumda yanvarın 17-də, Qroningendə yanvarın 24-də) isə 17.00-da start veriləcək.

Əsas turnirlə yanaşı, proqrama həvəskarlar arasında çoxsaylı yarışlar, həmçinin 14 şahmatçının yarışacağı daha bir dairəvi turnir daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...