Messi ən yaxşı 10 bombardir sırasına daxil olub

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi futbol üzrə İspaniya Kubokunun 1/8 finalında “Selta” ilə keçirilən oyunun birinci hissəsində dubl edib. SİA-nın məlumatına görə, o, turnirdə vurduğu qolların sayını 46-ya çatdıraraq, Kubok tarixinin ən yaxşı 10 bombardiri sırasına daxil olub.

Hazırda reytinqdə birinci yeri hücumçu Telmo Sarra tutur. O, 1939-1957-ci illər ərzində 81 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə