"Arsenal"ın futbolçusu "Valensiya"ya keçib

"Arsenal"ın futbolçusu Fransis Koklen karyerasını İspaniyada davam etdirəcək. SİA-nın məlumatına görə, bu barədə "topçular"ın baş məşqçisi Arsen Venger məlumat verib. Mütəxəssis bildirib ki, 26 yaşlı dayaq yarımmüdafiəçi "Valensiya"ya keçib. Onunla 2022-ci ilə kimi müqavilə bağlanılıb. "Yarasalar" bu keçid üçün 14 milyon funt-sterlinq ödəyib.

Fransalı futbolçu "Arsenal"ın heyətində 105 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə