Messi "Barsa"da 165 oyunda qol ötürməsi verib

İspaniya La Liqasının 16-cı turunda “Deportivo” ilə keçirilən oyun “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub. SİA-nın məlumatına görə, argentinalı futbolçsu 4:0 hesabı ilə qalib gəldikləri oyunda ilk qolun ötürməsini verib.

Bununla da Messi Kataloniya klubundakı məhsuldar ötürmələrinin sayını 200-ə çatdırıb. O, "Barsa"da meydana çıxdığı 607 oyunun 165-də qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə