Braziliya millisinin sabiq üzvü Kaka futbolçu karyerasını başa vurub. SİA-nın məlumatına görə, 35 yaşlı futbolçu sosial şəbəkə hesabından etdiyi açıqlamada bunları qeyd edib: “Xəyal etdiyimdən daha artıq idi. Təşəkkürlər. İndi yeni macəraların vaxtıdır”.

Qeyd edək ki, Kaka karyerası ərzində “San Paolo”, “Real”, “Milan” kimi komandalarda çıxış edib. O, son olaraq ABŞ-ın “Orlando Siti” klubunda oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə