Deputat: “Azərbaycan 2018-ci ildə daha böyük uğurlara imzalar atacaq” AÇIQLAMA

“Azərbaycanda idmanın inkişafı yüksək səviyyədədir. İdman uğurlarımız da ilbəil artmaqdadır. Bu il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında və dünya yarışlarında Azərbaycan idmançıları ölkəmizi layiqincə təmsil edib, bayrağımızı dəfələrlə yüksəldib. İdmanda qazanılan yüksək nailiyyətlər təbii ki, ölkəmizin dövlət başçısının və 1-ci Vitse-Prezidentinin idmana olan yüksək dəstəyi, qayğısı sayəsində əldə edilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə cənab Prezdentin və 1-ci Vitse-Prezidentin iştirakı, ilin yekunlarının müzakirəsi və uğur qazanmış idmançıları fəxri adlar və mənzillər təqdim edilməsi bir daha idmançılara yeni qələbələrə imza atmağına yüksək ruh və stimul verir: “Artıq hər bir idmançı bilir ki, onun zəhməti dövlət başçısının diqqətindədir və ona görə də idmançılarımız daha məsuliyyətli olurlar. Müstəqil idmanımızın tarixi çox da böyük olmadığını nəzərə alsaq, Azərbaycan idmanının dünya güclülərin arasına çıxması təbii ki, böyük uğurumuzdur. Ölkədə idmanın inkişafına ən müasitr şərait yaradılıb və düşünürəm ki, artıq idman ölkəsi kimi dünyada tanınan Azərbaycan 2018-ci ildə və gələcək illərdə daha böyük uğurlara imzalar atacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə