Səbuhi Abbasov: “Azərbaycan idmanda ciddi uğurlar əldə edib” AÇIQLAMA

“Son 10 ildə Azərbaycan idman sahəsində kifayət qədər ciddi uğurlar əldə edib. Bu uğurların geniş statistikasını tərtib etsək görərik ki, bir çox inkişaf etmiş ölkələr bu uğurları yüz illər ərzində qazanıblar. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əvvəla ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi əsas konsepsiyalardan biri də sağlam gəncliyin formalaşması ilə bağlı idi. Məhz bu səbəbdən ölkədə Gənclər və İdman Nazirliyi təsis edildi, Milli Olimpiya Komitəsi yaradıldı. Digər mühüm addım isə Prezident İlham Əliyevin bu Komitəyə rəhbər seçilməsi ilə bağlı oldu”. Bunu SİA-ya açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, məhz bu təyinatdan sonra Komitə inanılmaz uğurlara imza atdı, bütün dünya Azərbaycanımızı tanımağa başladı: “İlham Əliyev Prezident seçildikdən sonra isə qazanılan uğurlar bir neçə dəfə artmağa başladı. Ölkəmizin uğurlu daxili və xarici siyasəti, siyasi və iqtisadi sabitlik bizi iştirakçı statusundan təşkilatçı statusuna keçirdi. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Artıq Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Bu gün I Vitse Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə idmanımız daha böyük uğurlara imza atmaqdadır. Formula I yarışlarının ölkəmizdə mütəmadi olaraq keçirilməsi həm də tanıtım baxımından mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə