"Başakşehir" turnir cədvəlinin birinci pilləsinə yüksəlib

Türkiyə Super Liqasının XVI turu çərçivəsində növbəti oyunlar keçirilib. SİA-nın məlumatına görə, "Başakşehir" doğma meydanda "Antalyaspor"u 4:1 hesabı ilə məğlub edərək 33 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Qalatasaray" isə səfərdə "Malatyaspor"a 1:2 hesabı ilə uduzub. Hesabında 32 xal olan "Qalatasaray" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

"Beşiktaş" komandası doğma meydanda "Osmanlıspor"a böyük hesabla qalib gəlib. İstanbul təmsilçisi rəqibindən 5:1 hesabı ilə üstün olub.

Turnir cədvəlində ilk üçlüyü 30 xalla "Beşiktaş" komandası qapayır.

Tura dekabrın 18-də keçiriləcək "Göztepe"-"Konyaspor" və "Fənərbağça"-"Karabükspor" oyunları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə