Futbol üzrə Türkiyə superliqasında 16-cı turun oyunları davam etdirilb. Bu tur çərçivəsində İstanbulun “Qalatasaray” klubu dünən səfərdə “Yeni Malatyaspor”a uduzub və liderliyi əldən verib. Malatyalılar isə, bu qələbə sayəsində 14-cü pillədən 10-cu yerə yüksəlib.

“Yeni Malatyaspor” – “Qalatasaray” – 2:1
Qollar:
Pereyra, 38 (1:0), Boutaib 43 (2:0), Ndiaye, 74 (2:1)

16 oyundan 33 xalı olan “İstanbul Başakşehir” liderdir. “Qalatasaray” 16 oyundan 32 xalla 2-ci yeri tutur. 16 matçdan 30 xal toplayan “Kayserispor” 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə