"Neftçi" daha 7 futbolçu ilə yollarını ayıracaq

Qış transfer dövründə "Neftçi" klubunu daha 7 futbolçu tərk edə bilər. Sportnet.az xəbər verir ki, hazırda Tərzin Cahangirov, Lukas Daniel Seqoviya və Mateo Mujekin müqavilələrinə xitam verilməsi üçün danışıqlar aparılır. Cahangirovla "Keşlə" maraqlandığı halda, Mujekin Qazaxıstanda çıxış etmə variantı ortaya çıxıb. Bundan başqa Məqsəd İsayevlə Rahil Məmmədovun icarəyə verilmələri gündəmdədir. Məmmədovu "Səbail" və "Sabah", İsayevi isə "Keşlə" istəyir.


"Sabah" "Neftçi"nin qapıçısı Maksim Vaylonu da istəyir. Vaylonun Ukrayna variantı da var. Fəhmin Muradbəyli isə "Səbail"ə icarəyə veriləcək. Qeyd edək ki, daha əvvəl Pavel Dreksanın "Neftçi" ilə başa çatan icarə müqaviləsi uzadılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə