“Neftçi” Fəhmin Muradbəylini “Səbail”ə icarəyə verib

“Neftçi” 24 yaşlı futbolçusu Fəhmin Muradbəylini “Səbail”ə icarəyə verib. Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib. 24 yaşlı yarımmüdafiəçinin keçidi artıq həll olunub. İcarə müqaviləsinin müddəti hələlik dəqiqləşməyib.

Qeyd edək ki, F.Muradbəyli bu mövsüm “Neftçi”nin heyətində 4 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə