“Liverpul” Koutinyonu 145 milyon avroya satacaq

“Barselona” futbol klubu “Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinyonu hələ də almaq niyyətindədir. Belə ki, ötən yay mersisaydlılar Kataloniya klubunun 25 yaşlı braziliyalı ilə bağlı bir neçə təklifini rədd ediblər.

Yalnız transfer pəncərəsinin sonuncu günü “Liverpul” Koutinyonu 200 milyon avroya satmağa razılıq verib. Lakin “Barselona” bu məbləği son dərəcə böyük hesab edib.

Yanvarda İspaniya klubu yarımmüdafiəçini almağa yenə cəhd edəcək. “Liverpul” 145 milyon avro ödənilərsə, oyunçusunu buraxmaq fikrindədir. “Barselona” isə öz növbəsində, qiyməti endirməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə