Azərbaycanın ən güclü yunan-Roma güləşçiləri müəyyənləşib

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. SİA-nın məlumatına görə, çempionatın ilk qalibləri müəyyənləşib. İki günlük yarış proqramı üzrə keçirilən çempionatda yunan-Roma güləşçilərinin mübarizəsində Ziya Zeynalov (55 kq), Taleh Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Türmən Eyyubov (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılıb, onlar ölkə yığma komandasının heyətinə cəlb edilib və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanıblar.

Azərbaycan çempionatının üçüncü günündə 57, 65, 74, 86 və 97 kiloqram çəki dərəcələrində 115 sərbəst güləşçi birincilik uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə