“Keşlə”nin qış hazırlıq planı bəlli olub

“Keşlə”nin qış hazırlıq planı bəlli olub. SİA-nın məlumatına görə, dünən “Kəpəz”lə kubok oyunundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 5-də təlim-məşq toplanışı üçün bir araya gələcək.

Yanvarın 18-nə kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ramiz Məmmədovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədirlər. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.

Yanvarın 21-də Türkiyəyə yollanacaq qəsəbə təmsilçisi hazırlıqlarının ikinci hissəsini bu ölkədə təşkil edəcək. Antalyada komanda 3 yoxlama matçı keçirəcək.

“Keşlə” fevralın 2-də Bakıya qaydacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə