"Neftçi"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalında iki oyunun nəticəsinə görə (2:0, 0:1) "Zirə”yə qalib gəlmiş "Neftçi”nin növbəti mərhələdəki rəqibi müəyyənləşib. SİA-nın məlumatına görə, bu, "Səbail”i 1:0 və 4:2 hesabları ilə məğlub etmiş "Qəbələ” klubudur. Yarımfinal mərhələsinin ilk oyunu aprelin 11-də Qəbələ şəhər stadionunda, cavab görüşü ayın 18-də "Bakcell Arena”da keçiriləcək.

Qeyd edək ki, final matçı mayın 28-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə