Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb

Futbol üzrə Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, turnirin son qalibi "Konyaspor" bu mərhələdə "Trabzonspor"a rəqib olub. "Fənərbaxça" "İstanbulspor", "Qalatasaray" isə "Bucaspor"la münasibətlərini aydınlaşdıracaq. Türkiyə çempionu "Beşiktaş" "Osmanlıspor" səddini keçməlidir.

Türkiyə Kuboku, 1/8 final cütləri

"Fənərbaxça" - "İstanbulspor"

"Gənçlərbirliyi" - "Bursaspor"

"Beşiktaş" - "Osmanlıspor"

"Kayserispor" - "Antalyaspor"

"Qalatasaray" - "Bucaspor"

"Giresunspor" - "Medipol Başakşehir"

"Konyaspor" - "Trabzonspor"

"Boluspor" - "Akhisarspor"

Qeyd edək ki, mərhələnin ilk oyunları 26, 27,28 dekabrda, cavab oyunları isə 16, 17, 18 yanvarda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə