Ronaldo növbəti rekorda imza atıb

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb. SİA-nın məlumatına görə, portuqaliyalı ulduz klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Ronaldo bu turnirin yarımfinalında "Əl-Cəzirə"yə qalib gəldikləri matçda (2:1) fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.

Bununla da Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.

Bütün xəbərlər Facebook səhifəmizdə