XX Spartakiada başa çatdı FOTOLAR

Azərbaycanın ən aparıcı idman təşkilatlarından biri olan “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi oktyabr ayından noyabr ayının sonuna kimi özünün Dövlət Müstəqilliyi gününə həsr olunan növbəti XX Spartakiadasını keçirib. Bu Spartakiadaları keçirməkdə əsas məqsədlərinin nələr olduğunu bilmək üçün biz, “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Mərkəzi Olimpiya Komitəsinin üzvü Fazil Hadıbəyovla həmsöhbət olduq. Bu haqda o, belə dedi:

- Spartakiadalar ona görə keçirilir ki, bizim ətrafımızda olan Həmkarlar İttifaqı nəzdində təhsisçi komitələr var. Bunlar- Metropoliten İşçiləri, Avtonəqliyyat Yol Təsərrüfatı İşçiləri, Aiasiya İşçiləri, Bakı İstilik Komponi İşçiləri, Elektroenergetiklər Həmkarlar Təşkilatı, Müdafiə Sənayesi Həmkarlar Təşkilatı və Metal İşçiləri Həmkarlar İttifaqı Fedorasiyasıdır. Bu 7 komitənin nəzdində olan fəhlə və qulluqçular arasında hər il böyük kütləvi sağlamlıq xarakteri daşıyan bir spartakiada keçiririk. Beləliklə, biz 20 ilddən çoxdur ki, bu sapartakiadanı keçirməklə öz işimizlə böyük maraq qazanmışıq. Bir il fasilə vermişik. Çünki həmin vaxtı Azərbaycanda SSRİ Spartakiadası keçirilirdi. Ona görə də biz ayrıca keçirə bilmədik. Bizim keçirdiyimiz bu sapartakiadalar da məhz Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunur. Bu Spartakiadalarda da biz 10 idman növündən istifadə etdik. Bu spartakidaları keçirməkdə də bizim əsas məqsədim fəhlə və qulluqçuların sağlamlığının qorunması idi. Yəni bu spartakiadaları biz, məhz belə xeyirxah və lazımlı işə həsr edirik. İlkin mərhələdə bu yarışlar yuxarıda adlarını dediyim komitələrdə keçirilir. Orada qaliblər müəyyən olunur. Və sonra həmin qaliblər spartakiada yarışlarına qoşularlar. Gələn il isə 20-ci Spartakiadanı keçirəcəyik.

- Yarışlarda olan idman növləri hansılar idi?
- Mini futbol, voleybol, kəndirdartma, daş qaldırma, üzgüçülük, stolüstü tennis, nərd, şahmat, dama və güllə atıcılığı. Bu idman növlərində də həmin komitələrin müəssisələrində işləyən işçilərin komandaları iştirak edirdi. Bu 10 idman yarışının da yeddisini biz Aviasiya Adademiyasının idman bazasında keçirtdik. Orada da idmançlarara hər cürə şərait yaratmışdılar. Bu il bir yenilik oldu. Belə ki, builki yarışlara üzgüçülük idman növü də daxil etmişdik. Bu yarışda da beş nəfər iştirak edirdi. Bir qadın, dörd kişi idmançı. Bu yarış da Aviasiya Akademiyasının üzgüçülük hovuzunda keçirildi. Bu spartakiada yarışları elə keçirilir ki, elə bil dünya yarışlarıdır. Çünki bu yarışlara həddindən çox tamaşaçı gəlir. İnsanlarda böyük maraq olur ki, gedim görüm bizim müəssisəsnin idmançıları necə çıxış edəcək. Hətta müəssisə rəhbərləri özləri də gəlir. Çünki onlar bu insanları həmişə dəzgah arxasında, metroda, elektrik işində və ya başqa işdə görürlər. Bu yarışlarda iştirak edənlərin çoxu əvvəllər idmanın ayrı-ayrı növləri ilə məşğul olublar. İndi yaşlı olsalar da bu işi davam etdirirlər. Biz ona görə də yarışlarda kütləviliyə daha çox fikir veririk.

- Bu yarışlarda qaliblər kimlər oldu?
- Bu illki spartakiada da birinci yerə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri, ikinici yerə Müdafiə Sənayesi işçiləri və üçüncü yerə Metropoliten işciləri Həmkarlar İttifaqı Respublika Komitələri layiq görüldü. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Etibar Əliyev, Müdafiə Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Müftizadədir və üçüncü yerə Metropoliten işciləri Birləşmiş Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Arif Mərdanovdur. Bu insanların doğrudan da həm yarışların keçirilməsində və həm komandalarının ən yüksək pilləyə qalxmasında xidmətləri çox olub. Eləcə də Aviasiya İşçiləri, Elektroenregetika və Elektrotexnika sənayesi işçiləri və “Baku” Still Komponi işçiləri Həmkarlar Təşkilatlarının sədrləri başda olmaqla yarışların keçirilməsinə hamı böyük köməklik edirdi. Bu sədrlərin hamısının idmana böyük maraqları var. Mən onların hamısına minnətdaram. Ataların belə bir sözü var: “Tək əldən səs çıxmaz”, "Güc birlikdədir". Başda rəhbərimiz, millət vəkili Səttar Mehbalıyev olmaqla hamımız birik. Aramızda böyük mehribançılıq və birlik var.

- Elə mən onu demək istəyirdim ki, Respublika Həmkarlar Təşkilatı Kofederasiyasə bu işlərdə sizə necə koməklik edir?
- Bizim baş sahə həmkarlar komitəsi var. AHİİT İctimai Birliyi. Bütün bu işlər də bilavasitə həmin təşkilata həvalə olunub. Bütün bizim idman təşkilatlarında yarışların keçirilməsinə onlar cavabdehlik daşıyır. Onların bizə koməkliyi elə Konfederasiyanın köməkliyi deməkdir. Onların hamısının bizə mənəvi köməkliyi çox böyük işdir.Konfederasiyanın da əsas məqsədi odur ki, insanlarımız sağlam olsun. Ümumiyyətlə ölkəmizdə idman sahəsinə çox böyük diqqət var. Mən 1977-ci ildən idman sahəsində işləyən mütəxəsis kimi görürəm ki, bu sahədə çalışanlara böyük qayğı var. Elə mənim özümün əməyim ölkə başçımız tərəfindən yüksək qiymətləndirilib. 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adı verilib. Milli Olimpiya Komitəsinin üzvüyəm. 1993-cü ildən bu cəmiyyətin sədriyəm. Ölkə başçımız cənab İlham Əliyev həm Azərbaycanın prezidenti, həm də Milli Olimpiya Komitəmizin prezidentidir. Azərbaycanda bu gün idmana maraq çox böyükdür. Təkcə bizim təşkilatda 1400-dən çox yeniyetmə və gənc idmanla məşğul olur. Onlar da gələcəyin əsgərləridir. Bizim Gəncədə və Sumqayıtda da təşkilatlarımız var. Orada da çoxlu yeniyetmələr və gənclər idmanla məşğul olurlar. Azərbaycanda bizim təşkilat kimi idman təşkilatları çoxdur.

- Sizin cəmiyyət fəaliyyət göstərdiyi dövrdə neçə adama fəxri ad verilib?
- Mən bir şeyə sevinirəm ki, bu müddətdə bizim zəhmətimi layiqincə qiymətləndirilib. Cəmiyyətimiz yarandığı gündən, yəni 1993-cü ildən bu günə kimi bizim kollektivin 4 üzvü Azərbaycanın Bədən Tərbiyə və İdman Xadimi fəxri adına layiq görülüb. “Tərəqqi” medalına 3 nəfər layiq görülüb. Prezidentin Fəxri diplomunu 3 nəfər alıb. Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adını 5 nəfər alıb. Azərbaycanın Əməkdar məşqçisi adına 25 nəfər layiq görülüb. Beynəlxalq dərəcəli hakim 5 nəfər olub. Əməkdar idman ustası 1 nəfər olub. İdman ustası adını 43 nəfər alıb. İdman ustalığına namizəd 274 nəfər layiq görülüb. Bu əlbəttə, böyük nəticələrdi. Bütün bunlara görə də biz ölkə başçısına, Azərbaycan Həmkarlar Təşkilatı Kofederasiyasına və idman sahəsində bizə rəhbərlik edən təşkilatların rəhbərlərinə minnətdarıq.

- Bu yarışlarda bəs hansı təşkilatlar ayrı-ayrı idman növlərində üzrə əsas yerləri tutublar?
- Mini futbolda Metropoliten işçiləri birinci yerə çıxıblar. İkinci yerə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatə işçiləri, üçüncü yerə isə Elektroenergetika və Elektrotexnika sənaye işçiləri layiq görülüb. Voleybol üzrə 1-ci yeri Müdafiə Sənaye işçiləri, , 2-ci yeri Avtonəqliyyat işçiləri və Yol Təsərrüfatı işçiləri, 3-cü yeri Aviasiya işçiləri tutdu. Kəndirdartmada 1-ci Müdafiə Sənaye işçiləri oldu. 2-ci yerə Aviasiya işçiləri layiq görüldü. 3-cü yerə Avtonəqliyyat işçiləri və Yol Təsərrüfatı işçiləri layiq görüldü. Daş qaldırmada 1-ci Avtonəqliyyat, 2-ci yerə Motropoloten və 3-ci yerə Müdafiə Sənaye işçiləri layiq oldu. Üzgüçülük üzrə ümumi komanda hesabında Avtonəqliyyat işçiləri və Yol Təsərrüfatı işçiləri birinci oldu. Aviasiya işçiləri ikinci yerə layiq görüldülər . 3-cü yerə isə Metropoliten işçiləri layiq oldu. Stolüstü tennes üzrə Aviasiya işçiləri1-ci oldu. Metropoliten işçiləri 2-ci oldu. 3-cü yeri Avtonəqliyyat Sənaye işçiləri tutdular. Dama üzrə1-ci yeri Metropoliten işçiləri, 2-ci yeri Müdafiə Sənayesi işçiləri, 3-cü yerə Avtonəqliyyat işçiləri və Yol Təsərrüfatı işçiləri layiq oldu.
2-ci Müdafiə Sənayesi və 3-cü layiq görüldülər. Stoüstü tennis üzrə 1-ci yeri Metropoliten işçiləri, 2-ci yeri Avtonəqliyyat, 3-cü yeri Aviasiya işçiləri tutdular. Dama üzrə 1-ci yeri Metropoliten işçiləri, 2-ci yeri Müdafiə Sənayesi və 3-cü yeri Avtonəqliyyat Sənaye işçiləri tutdular. Şahmat yarışlarında 1-ci yeri Aviasiya işçiləri, 2-ci yeri Müdafiə Sənayesi işçiləri, 3-cü yerə Elektroenergetika və Elektrotexnika sənaye işçiləri layiq görülüb. Nərd yarışlarında Avtonəqliyyat işçiləri və Yol Təsərrüfatı işçiləri birinci oldu. 2-ci Müdafiə Sənayesi və 3-cü Elektroenergetika və Elektrotexnika sənaye işçiləri layiq görülüb. Güllə atıcılığında Müdafiə Sənayesi işçiləri 1-ci yeri tutdular, 2-ci yeri Metropoliten işçiləri tutdu. Aviasiya işçiləri 3-cü yerə layiq oldular. Ayrı-ayrı idman növləri üzrə şəxsi yerlərə- 1, 2 və 3-cü yerlərə Renat Səmədov, Royal Sadıqov, Tural Sadıqov, Rəhman Tağıyev, Vaqif Əsədov, Xəyyam Abdullayev, Aydın Həmzəyev, Ruslan Əliyev, İsa İsmayılov, Vüsal Cavadov, Əlizaman Əliyev, Yaqut Bayramov, Ayaz Fəttəxov, Ramil Sadıqov və Namiq Quliyev layiq görüldülər.

- “Zenit” İdman Cəmiyyəti hələ Sovetlərin vaxtında çoxlu məşhur idmançılar yetişdirib. Onlardan dünya səviyyəsində tanınan kimlərin adını deyə bilərsiniz?
- Bu zalın doğrudan da özünün idman ənənələri var. Doğrudan ba bu ocaqda istilik var. Bu idman zalından Olimpiya çemrionu Namiq Abdullayev, Arif Abdullayev dünya çempionu, Aslan Ağayev, Telman Paşayev, Cəbrayıl Həsənov, Əfqan Xaşalov və onlarla belə idmançıların adını deyə bilərəm. Bu gün də çoxlu məşhur idmançılar yetişir. Onlar da dünya səviyyəsində öz sözlərini deyə bilirlər. Burada çox təcrübəli yüksək səviyyəli məşqçilərimiz var. Aslan Ağayev, Zöhrab Abbasov, Əbülfəz Məmmədov, Təvəkkül Məmmədov, Sumqayıtda Əməkdar məşqçi olan Qərib Əliyev, Gəncədə Samir Əliyev çox yaxşı məşqçidir. Cavan məşqçilərimiz də yetişir. Onlardan Caviq Qurbanzadə və başqalarının adını deyə bilərəm. Onlar da dünya və Avropa yarışlarında yer tutan idmançılar yetişdiriblər. Burada çalışanların arasında bir-birinə məhəbbət və qayğı çoxdur. Xadiməsindən tutmuş, ocaqçısına kimi hamı çalışır ki, idmançılarımız yüksək nəticələr əldə etsinlər. İdmançılarımız yüksək nəticələr əldə edəndə də hamı sevinir. İndi hal-hazırda idmançıalrımızdan çoxu ayrı-ayrı dünya səviyyəli yarışlarda iştirak edirlər. İlin axırında da bu ilin yekunu haqqında sizinlə söhbətləşərik. Hələ ki, on bir ayda idmanın bütün növlərində çox böyük nəticələr əldə etmişik.
Biz Fazil müəllimə və onun kollektivinə uğurlar arzu edib, ilin yekunları ilə bağlı görüşmək ümidi ilə onlardan ayrıldıq. Bəli, “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyəti İctimai Birliyi bu gün həqiqətən də Azərbaycanda ən öndə gedən təşkilatlardan biridir. Onlar bu uğurları özləri deyən kimi birliyin, mehribançılığın, bir-birini yarım sözdən başa düşmələri nəticəsində qazanıblar. XX Spartakidada da bu bir daha özünü sübut etdi.



- Bu kütləvi yarışlarda təxminən nə qədər insanlar iştirak etdi?
- Futbol üzrə 7 komanda idi və hər birinin tərkibi 12 nəfərdən ibarət idi. Deməli, təkcə futbolda 84 nəfər iştirak edirdi. Deməli, belə götürəndə 300-yaxın idmançı bu yarışlarda iştirak etdi. Əlbəttə, bunlar peşəkar idmançı deyillər. Sadəcə bu idman növlərində həvəsi olanlardır. Burada 18 yaşından yuxarı həmin müəssisələrin işçiləri iştirak edə bilərlər. Yalnız həkimin razılığı ilə. Ona görə də bu idman növlərinə işçilər tərəfindən maraq çox olur. Çünki axı biz də qalibləri mükafatlandırırıq. Hər müəssisənin həmkarları tərəfindən də onlar mükafatlandırılırlar. Deməli, burada stimul olduğuna görə adamlarda bu yarışlarda iştirak etməyə maraq çox olur. Bu yolla onlar asudə vaxtlarını çox səmərəli keçirirlər.

- Stadionlara tamaşaçılar necə gəlirdi?
- Həddindən artıq çox tamaşaçılar gəlirdi. Hər müəssisə öz komandalarını həvəsləndirmək, onlara stimul vermək üçün gəlirdilər. Hamı üçün maraqlı idi ki, görsün onların komandası hansı yeri tutacaq. Yasamal stadionunda keçirdiyimiz kəndirdatma yarışları isə daha maraqlı keçirdi. Orada təkcə müəssisələrin işçiləri yox, həm də stadionda qaçan idmançılar da bu yarışlara maraqla baxırdılar. Yaxında olan məktəbin şagirdləri də gəlmişdi. Ümumiyyətlə kəndirdastma çox maraqlı yarışdı. Bu yarışda iştirak edənlərin elələri vardı 140 kiloqram çəkiləri vardı.

- Bu yarışların təşkilat komitəsinin rəhbəri və baş hakim kimlər idi?
- Təşkilat komitəsinin fəxri sədri akademik Arif Mir Cəlal oğlu Paşayev idi. Baş hakim isə keçmiş Olimpiya çempionu və Milli Olimpiya Komitəsinin üzvü və respublika Güləş Fedorasiyasının vitse prezidenti Namiq Abdullayev idi.

- İdman və Gənclər Nazirliyi bu işdə sizə hansı köməklikləri etdi?
- Biz, bu idman yarışlarını başlamamışdan əvvəl rəyasət heyyətinin birgə qərarı olur. Belə ki, 7 komitə və biz özümüz birgə qərar qəbul edirik. Birgə qərarı da kitab şəkilində çap etdirib, bütün idman təşkilatlarına göndəririk. Bununla da bütün təşkilatlar məlumatlandırılır. İdman və Gənclər Nazirliyinə də həmin kitabçadan göndərmişdik. Bu Nazirliyin tərkibində kütləvi idman şöbəsi var. Onun da rəhbəri Aydın Məmmədovdur. O da bu yarışlarda bizə dəstək oldu. Bu Spartakiadanın açılış mərasimində bütün təşkilatların nümayəndələri iştirak edir. Sonra hər kəs öz öz ürək sözlərini deyir. İdmançılara bu yarışlarda uğurlar arzu edirlər. Eləcə də bağlanışda yenə də onlar iştirak edir. Qalibləri mükafatlandırır və öz ürək sözlərini deyirlər. Bizim işçilər deyir ki, bu Spartakiadalar həddindən artıq maraqlı keçir. Bilirsiniz, fəhlənin qazandığı bu nailiyyət onun üçün elə böyük iş olur ki, elə bil o, nəyi isə fəth eləyib.
Mən burada bir məsələni vurğulamaq istəyirəm. Bizm təsisçimiz olan Həmkarlar təşkilatlarının sədrləri-....... doğrudan da əllərindən gələri edirlər ki, bu yarışlar çox maraqlı keçsin. Onlara öz dərin təşəkkürümüzü bildiririk.

- Gələcəkdə bu yarışları necə keçirmək istərdiniz?

- Gələn yarışlara bir neçə idman növünü də əlavə etmək istəyirik. Üzgüçülük, qaçış və başqalarını. İnanırıq ki, həmin idman növlərini əlavə edə bilsək, yarışlar daha maraqlı keçəcək.

- Sizə gələcək işlərinizdə böyük uğurlar diləyirik.
- Biz isə bütövlükdə Azərbaycan xalqına idman yarışlarında və gələcək həyatlarında böyük uğurlar diləyirik. Hələ ulu öndər Heydər Əliyevin vaxtından idmana böyük önəm verilirdi. Ölkə başçımız İlham Əliyev cənabları da bu işi daha da genişləndirdi. İndi Azərbaycan idman sahəsinə görə dünyanın ən aparıcı ölkələri sırasındadır. Tez-tez də ölkəmizdə dünya səviyyəli yarışların keçirilməsinə biz böyük fəxarətlə baxırıq. Deməli, dünya ölkələri Azərbaycanla hesablaşırlar. Vaxtı ilə böyük şairimiz Məhəmməd Hadi deyirdi ki, yox millətimin imzası imzalar içində. İndi zaman gəldi, millətimizin imzası təkcə idmanda yox, həm də elm, iqtisadiyyat, ədəbiyyat, incəsəsnət sahəsində dünya xalqlarının imzaları içində əsas yerlərdən birini tutur. Bax, ona görə də hər birimiz öz respublikamızla fəxr etməliyik.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə