16 yaşlı futbolçu dünyasını dəyişib - FOTO

İrlandiyanın gənclərdən ibarət “Şelburn” komandasının futbolçusu İzzi Dezu 16 yaşında dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi "Twitter" səhifəsində bildirilir.

Dezu gənclərdən ibarət komandanın oyunu zamanı huşunu itirib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Futbolçuya lazımi tibbi yardım göstərilib, amma həkimlərin bütün səyləri nəticəsiz olub.

Qeyd edək ki, Dezu öz yaş qrupunda İrlandiyanın ən perspektivli futbolçularından biri hesab edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə