Qapıçılar üzrə məşqçi vəzifəsi Dmitri Kramarenkoya həvalə olunub

Futbol üzrə Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, bu vəzifəyə Dmitri Kramarenko təyin edilib. Ona həmçinin bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərin kordinatoru vəzifəsi həvalə olunub.

Qeyd edək ki, “Qəbələ” və “Neftçi”də çalışmış millimizin sabiq qapıçısı son olaraq Moskva MOİK-nin akademiyasında fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə