"Neftçi” - "Zirə” matçının biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Neftçi” - "Zirə” oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki "Neftçi"nin rəsmi fanşopundan əldə etmək mümkündür.

Qeyd edək ki, dekabrın 14-də "Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə