Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib

BBC Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunu seçib. Bu ada “Liverpul” futbol klubunun yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb. Telekanalın tamaşaçıları arasında keçirilən səsvermədə M.Salah Sadyo Maneni, Pyer-Emerik Obamenyanqı, Nabi Keyti və Viktor Mozesi arxada qoyub.

Afrikanın ən yaxşı oyunçusu mükafatı 2001-ci ildən təqdim olunur. Müxtəlif illərdə bu mükafata Yaya Ture, Didye Droqba və başqaları sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə