"Neftçi”nin prezidenti UEFA-nın tədbirində

Yanvarın 29-u İsrailin Tel-Əviv şəhərində UEFA-nın təşkilatçılığı ilə ali kateqoriyalı UEFA nümayəndələri üçün seminar başlayacaq. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanı "Neftçi” PFK-nın prezidenti Orxan Hüseynzadə, AFFA baş katibinin müavini Sərxan Hacıyev və AFFA beynəlxalq ələqələr departamentinin müdiri Könül Mehtiyeva təmsil edəcəklər. Seminara yanvarın 30-u yekun vurulacaq.

Qeyd edək ki, Orxan Hüseynzadə 2010-cu ildən etibarən qitə ali qurumunun bayrağı altında keçirilən 44 beynəlxalq oyuna UEFA nümayəndəsi kimi təyinat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə