Donnarumma "Milan"dan ayrılmaq qərarına gəlib

"Milan"ın qapıçısı Canluici Donnarumma yenə seçim qarşısında qalıb. SİA-nın məlumatına görə, futbolçunun agenti Mino Rayola klub rəhbərlərindən onunla müqaviləni pozmaqlarını istəyib. İtalyan menecer bunu gənc qolkiperin mənəvi sıxıntı çəkməsi ilə izah edib. Məlumata görə, Donnarumma özü rəhbərliyə məktub göndərərək psixoloji təzyiqə məruz qaldığını bildirib. Ona PSJ və "Real Madrid" maraq göstərir. Paris klubu artıq Rayola ilə əlaqə də saxlayıb.

Qeyd edək ki, Donnarumma "rossoneri" ilə 2017-ci ilin yayında yeni müqavilə imzalamışdı. Bu anlaşma 2021-ci il iyunun 30-a kimi qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə