“Köln” və “Borussiya”nın baş məşqçiləri dəyişdi

Almaniyanın Bundesliqa təmsilçisi “Köln”ün yeni baş məşqçisi bəlli olub. SİA-nın məlumatına görə, “keçilər”ə bundan sonra Peter Boş rəhbərlik edəcək. Boş bir neçə gün əvvəl Dortmund “Borussiya”sından istefaya göndərilmişdi. Maraqlıdır ki, Peter Boşun “Köln”də əvəz etdiyi Peter Stoger də Dortmund “Borussiya”sı ilə anlaşıb.

“Köln” Bundesliqada cari mövsümdə qələbə qazana bilməyib. Komanda sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə