Van Persi karyerasını ABŞ-da davam etdirə bilər

Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Robin Van Persi karyerasını ABŞ-da davam etdirə bilər. SİA-nın məlumatına görə, 34 yaşlı forvardın xidmətində MLS təmsilçisi "Los Anceles Qalaksi" maraqlıdır. ABŞ klubu mövsümün sonunda “Fənər”lə müqavilə müddəti bitəcək hollandiyalı futbolçu üçün İstanbul təmsilçisinə rəsmi müraciət edib.

“Fənərbaxça"nın cari mövsümdə az şans qazanan Ven Persini göndərməyin əleyhinə olmadığı deyilir. Belə ki, “sarı-lacivərdlilər” illik maaşı 4,9 milyon avro, oyun başına qonorarı isə 20 min avro olan hücumçunu göndərməklə əlavə xərclərdən azad olmaq istəyir.

Buna görə, türklərin Van Persinin qışda Los Ancelesə yollanmasına mane olmayacağı və pul istəməyəcəyi qeyd edilir. Belə olacağı halda, futbolçunun mövsümün ikinci yarısındakı maaşını məhz "Qalaksi" ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə