Unay Emeri: "Real"la rəqabət apara biləcəyimizə inanıram"

Çempionlar Liqasının 1/8 final mərhələsində erkən final olacaq. SİA-nın məlumatına görə, turnirin son 2 mövsümünün qalibi olan "Real" PSJ ilə qarşılaşacaq. Paris klubunun baş məşqçisi Unay Emeri püşk barədə bunları deyib: "Püşkatmanın nəticəsini qənaətbəxş hesab edirəm. "Real"la rəqabət apara biləcəyimizə inanıram. Çempionlar Liqasında uğur qazanmaq üçün ən yaxşılara qalib gəlmək lazımdır. 1/8 final bu cür rəqiblərlə qarşılaşmaq üçün münasib mərhələdir. Xarakter, taktiki bacarıq və istedadı göstərmək zəruridir. İstedad komanda üçün vacib aspektdir".

Bütün xəbərlər Facebook səhifəmizdə