ÇL-də 1/8 finalın püşkü atılıb

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyıb.

Turnirdə Türkiyənin yeganə təmsilçisi olan "Beşiktaş" "Bavariya"ya rəqib olub.

Püşkün digər nəticələri aşağıdakı kimidir:

Çempionlar Liqası
1/8 final

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)


Əlavə edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə