"Neftçi"nin komandalarından 6-sı qələbə qazanıb

"Neftçi” PFK-nın U-16 komandası növbəti oyununa çıxıb. SİA-nın məlumatına görə, komanda U-16 Liqasının 11-ci turdan təxirə salınmış oyununda "Kəpəz”lə qarşılaşıb. Gəncə TİM stadionunda keçirilmiş oyunda heç-heçə qeydə alınıb - 1:1.

"Neftçi” Futbol Akademiyasının U-15-dən başqa digər komandaları son turda qalib gəliblər. Nəticələri təqdim edirik:

U-16 Liqası: "Kəpəz” – "Neftçi” 1:1

Qol: Fərid Yusifli.

U-15 Liqası: "Neftçi” – "Səbail” 2:2

Qollar: Vahid Vəliyev, Nihat Həsənzadə.

U-14 Liqası: "Neftçi” – "Qarabağ” 2:1

Qollar: Tural Əmirhüseynov, Yusif Qarayev.

U-13 Liqası: "Keşlə” – "Neftçi” 2:6

Qollar: Ramiz Muradov (3), Yusif Əliyev, Əli Məmmədov, Məmmədağa Nəsirov.

U-13 Qızlar Liqası: ŞKGB – "Neftçi” 0:10

Qollar: Nurçin Tarverdizadə (5), Jasmin Abdullayeva (2), Türkan Abdullayeva (2), Elvira Məmmədova.

U-12 Liqası: "Neftçi” – "Vətən” 3:2

Qollar: Lorenzo Mezzotero, Həsən Məmmədov, Aslan Hətəmov.

U-11 Liqası: "Zirə” – "Neftçi” 0:12

Qollar: Vüsal Kərimov (5), Murad Məmmədov (4), Murad Mustafayev, Amin Muradov, Rza Əlizadə.

U-10 Liqası: "Sərhədçi” – "Neftçi” 0:5

Qollar: Vüsal Kərimov (2), Murad Zülfüqarlı, Nicat Məhərrəmov, Fərhad Abbasov.

Bütün xəbərlər Facebook səhifəmizdə