Superliqada 15-ci turun oyunları keçirilib - NƏTİCƏLƏR

Türkiyə Superliqasında 15-ci turun oyunları davam edir. SİA-nın məlumatına görə, ötən gün daha 3 görüş keçirilib.

“Beşiktaş” səfərdə “Kayserispor”la qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Çempionluq uğrunda mübarizə aparan “Başakşəhər” “Sivasspor”la səfər matçında uduzub - 0:1. Günün digər matçında isə “Osmanlıspor” öz meydanında “Alanyaspor”a 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, “Başakşəhər”in uduzması “Qalatasaray”ın liderliyini möhkəmləndirib. “Cim-bom” 32 xalla zirvədə, “Başakşəhər” 30 xalla 2-ci, “Fənərbaxça” 29 xalla 3-cü, “Beşiktaş” isə 27 xalla 4-cüdür.

10 dekabr

“Osmanlıspor” – “Alanyaspor” - 3:0
Qollar:
Çikalleşi, 13-pen. Çağıran, 20-pen. Gürler, 29-pen.

“Sivasspor” – “Başakşəhər” - 1:0
Qol
: Kone, 17.

“Kayserispor” – “Beşiktaş” - 1:1
Qollar
: U.Bulut, 31 (1:0), C.Tosun, 45-pen. (1:1)

11 dekabr

21:00 Konyaspor - Karabükspor

Bütün xəbərlər Facebook səhifəmizdə