1/4 final mərhələsinə start veriləcək

Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. SİA-nın məlumatına görə, qarşılaşmalar paytaxtda olacaq. Əvvəlcə "Keşlə" ilə "Kəpəz", daha sonra "Zirə" ilə "Neftçi" komandaları üz-üzə gələcək. Bu cütlüklər ötən mövsüm də eyni mərhələdə qarşılaşıblar. "Neftçi" "Zirə"ni (3:0, 2:1), "Keşlə" isə "Kəpəz"i (2:0, 0:0) üstələyib. Azərbaycan Kuboku, 1/4 final, İlk oyunlar 10 dekabr (bazar) 14:00. "Keşlə" – "Kəpəz" Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov AFFA nümayəndəsi: Rauf Hüseynli Hakim-inspektior: Murad Məmmədov "İnter Arena" 16:00. "Zirə" – "Neftçi" Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov AFFA nümayəndəsi: Abas Hüseynov Hakim-inspektor: Şahin Cəfərov Zirə İdman Kompleksinin stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə