Formula 1 yarışında ən yaxşı ötmə manevri Bakıda icra olunub

Formula-1 "Twitter" səhifəsində 2017-ci ilin ən yaxşı ötmə manevrinin videosunu paylaşıb. SİA-nın xəbərinə görə, bu barədə "RİA Novosti" yazır. Məlumata görə, manevr ötən ilin iyununda Bakıda keçirilmiş Formula-1"Azərbayca Qran-Prisində avstraliyalı Daniel Rikkyardo tərəfindən icra edilib. "Red Bull" komandasının tərkibində çıxış edən pilot D.Rikkyardo eyni vaxtda üç rəqibini - Lensa Stroll, Niko Xülkenberq və Felipe Massanı ötməyə nail olub.

Qeyd edək ki, D.Rikkyardo ümumi hesabda 200 bal toplayaraq, "Formula-1" pilotları arasında 2017-ci il mövsümü üzrə 5-ci yer tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə