UEFA İntizam Komitəsi "Bavariya"nı cərimələyib

UEFA İntizam Komitəsi "Bavariya"nı cərimələyib. Qurumun saytında yer alan xəbərə görə, buna komandanın azarkeşlərinin futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Anderlext"ə qarşı matçda meydana yad əşyaları atması və qadağan edilmiş bannerdən istifadə etməsi səbəb olub. Klub 20 min avro məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, "Anderlext" - "Bavariya" görüşü qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə