Ronaldonun agenti məhkəmədə ifadə verib

"Real"ın hücumçusu Kriştianu Ronaldonun agenti Jorje Mendeş məhkəmədə ifadə verib. SİA-nın məlumatına görə, portuqaliyalı menecer Ronaldonun vergidən yayınmaq ittihamına görə hakim qarşısına çıxıb. Portoda baş tutan məhkəmə iclasında Mendeş futbolçu və özünü günahlar hesab etməyib. Ronaldonun 2 məsləhətçisi - Luis Korreya və Karlos Osorio da ifadə verib.

Ulduz futbolçu iyulun 31-da məhkəməyə çağrılmışdı. O, 2011-14-cü illərdə 14.7 milyon avronu vergi orqanına ödəməməsi ilə bağlı sualları cavablandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə