Azərbaycan Kuboku: 1/4 final mərhələsi rəqəmlərin gözü ilə

Bu həftə futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. SİA-nın məlumatına görə, 6 gün ərzində mərhələnin ilk və cavab oyunları baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı 2017-ci ilin son görüşləri olacaq bu matçlarda üz-üzə gələn komandaların ölkə Kubokundakı şəxsi qarşılaşmalarının balansını təqdim edir.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

10-11 dekabr

11. "Qəbələ" - "Səbail" – indiyədək qarşılaşmayıblar

12. "Zirə" - "Neftçi" – 2 oyun, +1=0-1, top fərqi 2-4

Ötən mövsüm də yolları kəsişən paytaxt klubları yenidən eyni mərhələdə üz-üzə gələcək. Bir il əvvəl hər iki komanda səfər qarşılaşmasında qalib gəlib. İlk oyunu qonaq qismində keçirən “Neftçi”nin böyükhesablı qələbəsi sonda yarımfinala keçmək üçün həlledici olub.

2016/17

1/4 final

Zirə - Neftçi (Bakı)

0:3, 2:1

13. "Keşlə"- "Kəpəz"" – 2 oyun, +1=1-0, top fərqi 2-0

1/4 finalın üç cütündə olduğu kimi bu komandalar da ötən mövsüm eyni mərhələdə qarşılaşıb. Paytaxt təmsilçisi məğlub olmadan və qol buraxmadan mərhələ adlayıb. Bakılılar həlledici qələbəni ev matçında əldə edib.

2016/17

1/4 final

İnter (Bakı) - Kəpəz (Gəncə)

2:0, 0:0

14. "Qarabağ" – "Sumqayıt" – 5 oyun, +5=0-0, top fərqi 20-3

Ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında “Qarabağ” qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Ağdam klubu öz meydanındakı 3 görüşdə qol da buraxmayıb.

2011/12

1/8 final

Qarabağ (Ağdam) - Sumqayıt Şəhər

3:0

2015/16

1/4 final

Qarabağ (Ağdam) - Sumqayıt

2:0, 4:1

2016/17

1/4 final

Qarabağ (Ağdam) - Sumqayıt Şəhər

6:0, 5:2

loading...