Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib - FOTO
Gələn il Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb. SİA-nın məlumatına görə, mundialda mübarizə aparacaq Azərbaycan yığması Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası kollektivləri ilə birgə “C” qrupunda yarışacaq.
Püşkün nəticələri aşağıdakı kimidir:
“A” qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika;
“B” qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba;
“C” qrupu: Azərbaycan, ABŞ, Rusiya, Koreya Respublikası, Tailand, Trinidad və Tobaqo;
“D” qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya.
Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın altı şəhərində - Hamamatsu, Yokohama, Kobe, Naqoya, Sapporoda və Osakada keçiriləcək. Dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə