“Tour d’Azerbaidjan-2018”in vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gələn il mayın 9-13-də planetin ən güclü şosse velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar. Beş günlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.

“Tour d’Azerbaidjan-2018” şosse velosipedi üzrə gələn ilin mayında qəbul edəcəyimiz yeganə yarış olmayacaq. Sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də birgünlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.

Digər layihələrimiz


Tərəfdaşlarımız