Zidan: "Beyl üçün çox darıxmışam”

“Real”ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyl haqqında danışıb. Apasport.az saytının məlumatına görə, uelsli hücumçu uzunmüddətli zədədən sonra yenidən ümumi qrupda məşqlərə başlayıb. Bu barədə “AS” nəşrinə danışan fransalı mütəxəssis onun qayıdışını səbirsizliklə gözlədiyini vurğulayıb: “Hər kəs bilir ki, Beyl oyunun taleyini dəyişə biləcək xarakterə sahibdi. Qaret güclüdür, cəlddir, texnikalıdır, topla əla rəftar edir, rəqib cərimə meydançasına topu yaxşı daşıyır. İndi isə vacib olan onun tezliklə sağalması və formasını bərpa etməsidir. Əlbəttə ki, Beyl üçün çox darıxmışam”.

Qeyd edək ki, Qaret Beyl zədələr ucbatından bu mövsüm La Liqada 5, Çempionlar Liqasında isə 2 matçda iştirak edib, ümumilikdə 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə